Milli Məclisin növbəti plenar iclasında 10 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclisin payız sessiyası üzrə noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
"Far.Az" xəbər verir ki, gündəliyə 10 məsələ daxil edilib:
1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında.
3. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü - ilk iclasının yekununda məlumat verib.
Spiker qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB
Bakıda Zəfər muzeyinin açılışı olub
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbəti iclasında 22 məsələ müzakirə olunacaq - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













