İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
Far.Az xəbər saytı

İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"


İranın elm nazirinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi Təbrizdə yaşayan azərbaycanlılar tərəfindən cavabsız qoyulmayıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın təxribatçı videomüraciətinə Təbrizdə yaşayan azərbaycanlı qız olduqca tutarlı arqumentlərlə cavab verib.

Təhsil bəhanəsi ilə regional gərginlik yaratmaq, Azərbaycandakı dünyəvi məktəb forması qaydalarını dini müstəviyə çəkərək manipulyasiya etmək cəhdinə cavab olaraq azərbaycanlı xanım bildirib:

"Azərbaycan qızları burada hansı dildə təhsil alacaqlar? 100 ildir ki, İranın Azərbaycanında biz ana dilimizdə təhsil almaqdan məhrumuq. İndi siz o taydakı Azərbaycan qızlarını burada təhsil almağa dəvət edirsiniz, mənə deyin görək, həmin qızlar burada hansı dildə təhsil alacaqlar? İndi onlara necə bir türk dilində məktəb və mədrəsə hazırlayacaqsınız?"

Azərbaycanlı xanım həmçinin lakonik sualla çıxış edib. O bildirib ki, əgər belə məktəblərin formalaşdırılması mümkündürsə, o zaman niyə bu illər ərzində İranda yaşayan azərbaycanlılar üçün belə bir addım atılmayıb?

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər