ABŞ-də universitetin stadionu yaxınlığında baş verən atışma ilə əlaqədar bir yeniyetmə həbs edilib
ABŞ-də ötən həftə sonu Florida A&M Universitetinin "Bragg Memorial Stadium" stadionu yaxınlığında baş verən atışma ilə əlaqədar 15 yaşlı yeniyetmə həbs edilib.
"Report" "NBC News" telekanalına istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Lourens Revell məlumat verib.
Yeniyetməyə ikinci dərəcəli qəsdən adam öldürməyə cəhdə görə 11 ittiham və yetkinlik yaşına çatmayan şəxs tərəfindən odlu silahın qanunsuz saxlanması ittihamı irəli sürülüb.
"Bu həbs önəmli bir addım olsa da, işimiz hələ başa çatmayıb. Biz günahkarları məsuliyyətə cəlb etməkdə qətiyyətliyik. Şəhərimizdə bayram ab-havasında keçməli olan həftəsonu zərərçəkənlər və onların ailələri üçün qorxu və zorakılıq gecəsinə çevrildi", - o bildirib.
Qeyd edək ki, atışma nəticəsində altısı yetkinlik yaşına çatmayan olmaqla azı 12 nəfər yaralanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Mənsum İbrahimov bu universitetin "Fəxri Professor"u seçildi
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib













