Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Far.Az xəbər saytı

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib


Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:

1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat

2. Lisey - 2200 manat

3. Gimnaziya - 2200 manat

4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat

5. İnternat tipli lisey - 3000 manat

6. İnternat tipli gimnaziya - 3000 manat

Qeyd. Bu sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara ata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarına uyğun olaraq artım əmsalları tətbiq edilir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
Valideynlərin DİQQƏTİNƏ! Lisey və gimnaziyalara imtahan vaxtı AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər