Bu il Ukrayna Azərbaycana ən çox turist göndərən Şərqi Avropa ölkəsi olub
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Şərqi Avropa ölkələrindən 71 036 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (71 841 nəfər) 1,1 % azdır.
Bu barədə "Far.Az"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.
Ukraynadan gələn turistlərin sayı 25 302 (illik artım 3,9 %), Belarusdan 15 004 (-16,6 %), Polşadan 7 643 (+14,9 %), Moldovadan 3 217 (+1 %), Macarıstandan 3 103 (+5,6 %), Rumıniyadan 2 725 (+14,4 %), Çexiyadan 2 344 (+0,2 %), Litvadan 2 023 (+9,5 %), Serbiyadan 1 603 (+18,9 %), Bolqarıstandan 1 439 (-9,7 %), Latviyadan 1 434 (-7,4 %), Slovakiyadan 1 354 (+12,7 %), Estoniyadan 1 147 (+2,4 %), Xorvatiyadan 804 (-29,3 %), Sloveniyadan 517 (-6,5 %), Kiprdən 452 (-5,6 %), Albaniyadan 288 (+26,3 %), Bosniya və Herseqovinadan 277 (-20,9 %), Şimali Makedoniyadan 181 (-36 %), Monteneqrodan 179 nəfər (-43,4 %) təşkil edib.
Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 % (1,72 milyon) azdır.
2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 3,43 % artaraq 111 040 nəfərə çatıb.
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb













