Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək


Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn məsləhətləşmələr ikitərəfli gündəliyin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün mühüm əhəmiyyət kəsb edəcək.

N. Qurbanova qeyd edib ki, Azərbaycanla Avstriya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır, iki ölkə arasındakı siyasi dialoq isə müntəzəm xarakter daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər