Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO
Far.Az xəbər saytı

Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO


Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin şagirdlərinin dərsdən qaçdığı iddia edilir.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, məktəblilər mütəmadi olaraq dərslərdən qaçırlar.

Məsələ ilə əlaqədar Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəbindən Far.Az-ə verilən məlumata görə, şagirdlərin məktəbi tərk etməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:

"Hadisə oktyabrın 15-də ikinci növbənin şagirdlərinin saat 12:00-da əsas giriş qapısından məktəbə qəbul edildiyi vaxt baş verib. Həmin vaxt məktəb rəhbərliyinin və növbətçilərin diqqəti əsas girişdə nəzarətin təmin olunmasına yönəldiyindən, birinci növbədə təhsil alan IX sinif şagirdlərindən üçü məktəbin arxa yola baxan sinif otağının pəncərəsindən məktəb ərazisini özbaşına tərk etməyə cəhd edib".

Qeyd olunub ki, vəziyyət təhlükəsizlik kameraları vasitəsilə operativ şəkildə müəyyən edilib, şagirdlərin valideynləri məktəbə dəvət olunaraq onlarla müvafiq maarifləndirmə işi aparılıb.

"Qeyd edirik ki, təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyinin təmin olunması və davamiyyətə nəzarət məqsədilə mütəmadi olaraq müvafiq nəzarət tədbirləri həyata keçirilir".

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
"Qarabağ"ın qələbəsi dünyanın DİQQƏTİNDƏ - "Bakının dondurucu soyuğundan qaçdılar"
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər