Yaponiyada əhalinin azalması səbəbindən 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır
Far.Az xəbər saytı

Yaponiyada əhalinin azalması səbəbindən 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır


Yaponiyanın 47 prefekturasından azı 17-sində əhalinin azalması səbəbindən 2040-cı ilə qədər 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır.

"Report"un "Asahi" qəzetinə istinadən məlumatına görə, bunu nəşrin yerli hakimiyyət orqanları arasında apardığı sorğunun nəticələri göstərir.

Məlumata görə, 13 prefektura 2030-cu ilə qədər 41 məktəbi, sonrakı on ildə isə daha 37 məktəbi bağlamağı planlaşdırır. Digər dörd prefektura 2040-cı ilə qədər daha 67 məktəbi bağlayacaq.

Lakin, yalnız 17 prefektura qarşıdan gələn məktəb bağlanmaları ilə bağlı konkret məlumat verib. Qalan 30 prefektura planlarının hələ də nəzərdən keçirildiyini bildirib.

Təhsil müəssisələrinin bağlanmasının əsas səbəbi məktəb yaşlı uşaqların sayı da daxil olmaqla əhalinin azalmasıdır.

Nəşrin istinad etdiyi Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin proqnozuna görə, 15 yaşdan kiçik əhali 2024-cü illə müqayisədə 2039-cu ilə qədər 15 % azalacaq.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər