Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI
Far.Az xəbər saytı

Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI


Balıq bazarında məhsulun mənşəyi və satış qiymətləri istehlakçıların diqqətini çəkən məsələlərdəndir.

Yerli təsərrüfatlarda yetişdirilən balıqlarla xaricdən gətirilən məhsullar arasında həm çeşid, həm də qiymət baxımından fərqlər müşahidə oluna bilər.

Bəs ölkədə hansı balıqlar yerli istehsal hesab olunur və hansılar idxal edilir?

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda yerli balıq məhsullarına akvakultura təsərrüfatlarında yetişdirilən çəki, ağ amur və forel, həmçinin təbii su hövzələrindən əldə olunan kütüm, kefal, çapaq və digər balıq növləri daxildir:

"İdxal olunan balıq məhsullarına isə əsasən Norveçdən gətirilən qızılbalıq, eləcə də İran (forel, nərəkimilər), Rusiya (çəkikimilər, konservlər), Türkiyə (levrek, çupra), Vyetnam (panqasius, tilapiya) və digər ölkələrdən idxal edilən müxtəlif təzə, soyudulmuş, dondurulmuş və konservləşdirilmiş balıqlar aiddir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər