Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır
Far.Az xəbər saytı

Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır


Azərbaycanın 2023-cü ildə öz suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaransa da, yekun sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanmaqdadır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı Vaşinqtonda razılaşdırılmış sülh gündəliyi bir sıra addımlardan ibarətdir və bunu rəsmi Bakı daim xatırladır:

Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır

"Yeni Konstitusiya ilə bağlı referendum, ərazi iddiaları olmayan Konstitusiyanın qəbul edilməsi və yalnız bundan sonra sülh sazişinin imzalanması və təsdiqlənməsi, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas şərtlərdir.

Ermənistanda referendumun nə vaxt elan ediləcəyi və keçiriləcəyi Ermənistan rəhbərliyindən asılıdır. Altı aydan, bir ildən, iki ildən sonra keçiriləcək, bu, Ermənistan hökumətinin qərar verməsindən asılıdır. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq".

Milli Məclisin deputatı deyib ki, regionda kommunikasiyaların açılması, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq TRIPP nəqliyyat marşrutunun reallaşması Ermənistan üçün ciddi geosiyasi "alver aləti"nə çevrilib:

"Paşinyanın sülh müqaviləsini 2031-ci ilədək – yəni növbəti bir neçə seçki dövrünü əhatə edəcək müddətə qədər uzatmaq istəyi də zaman qazanmaq strategiyasının tərkib hissəsidir. Ermənistanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə 5 il və ya daha artıq müddətə təxirə salmaq cəhdləri regionda sülh və sabitlik üçün ciddi risklər yaradır. Ermənistanın sülh müqaviləsi və delimitasiya prosesini ləngitmə taktikası regional sabitliyə mane olmaqla yanaşı, ilk növbədə elə rəsmi İrəvanın öz dövlətçilik maraqlarına böyük zərbə vurur".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər