ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehtimalına görə sanksiyalar tətbiq edib.
"Report"un ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Amerika rəsmiləri şirkətin İran məhsullarının ixracına qanunsuz olaraq kömək etdiyini və bununla da Tehranın silahların hazırlanması, nüvə proqramının inkişafı üçün vəsait əldə etməsinə imkan yaratdığı iddiasındadırlar.
Hüquq şirkətindən əlavə, sanksiya siyahılarına onun fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilən beş fiziki şəxs daxil edilib.
Məhdudiyyətlərin tətbiqi adıçəkilənlərin ABŞ ərazisindəki aktivlərinin dondurulmasını, Amerika vətəndaşlarına və şirkətlərinə isə onlarla maliyyə əməliyyatları aparmağın qadağan edilməsini nəzərdə tutur.
Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) noyabrın 20-dək "Karnakis and Karnakis"in iştirakı ilə əvvəllər başlanmış əqdlərin başa çatdırılması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb













