ABŞ-də sorğu: Əhalinin 33 %-i uğursuz edamın təkrarlanmasını müdafiə edir
Amerikalıların təxminən üçdə biri hesab edir ki, edam uğursuz olduqda, hakimiyyət orqanları ölüm hökmünü yenidən icra etməyə cəhd göstərməlidir.
"Far.Az" xəbər verir ki, bunu "Reuters" agentliyinin və "Ipsos" tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri təsdiqləyir.
Bununla yanaşı, sorğuda iştirak edənlərin 39 %-i hesab edir ki, uğursuz edam cəhdindən sonra ölüm hökmü ömürlük həbslə əvəz edilməlidir, 26 %-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğu sentyabr ayında Tennessi ştatında baş vermiş insidentdən sonra keçirilib. Belə ki, orada qətlə görə məhkum edilmiş 50 yaşlı Krista Payk ölümcül inyeksiya vasitəsilə ölüm hökmünün icra edilməsi üzrə iki cəhddən sonra sağ qalıb. "Reuters"in məlumatına görə, bundan sonra o, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib və yalnız beş gün sonra özünə gəlib.
Respondentlərin 55 %-i 2017-ci ildəki 63 %-lə müqayisədə ən ağır cinayətlərə görə ölüm hökmünü ümumilikdə dəstəkləyir. Sorğuda iştirak edənlərin 31 %-i bu cəza tədbirinin əleyhinə çıxış edir, daha 13 %-i isə cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 71 %-i edamların televiziya və ya internetdə yayımlanmasını yolverilməz hesab edir. Bu mövqeyi həm demokratlar, həm də respublikaçılar arasında sorğuda iştirak edənlərin əksəriyyəti bölüşür.
Sorğu ABŞ boyunca onlayn qaydada dörd gün ərzində keçirilib və oktyabrın 19-da başa çatıb. Sorğuda 1 679 amerikalı iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi













