Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb.
"Far.Az" xəbər verir ki, bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.
Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.
Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.
Sahibə Qafarova bildirib ki, hazırda süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementinə çevrilib. Azərbaycanda bu istiqamət prioritet kimi müəyyən edilib. Milli Məclisin sədri vurğulayıb ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. O, həmçinin, Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Şuranın rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid yanaşmanı formalaşdırdığını və milli siyasəti əlaqələndirdiyini vurğulayıb.
Milli Məclisin bu istiqamətdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsi üzərində apardığı fəal işi qeyd edən Sahibə Qafarova deyib ki, ölkəmizin rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunvericilik aktları qəbul edilir. Rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiyaların transferi kimi anlayışlar milli qanunvericiliyə daxil edilir, süni intellektin hüquqi statusu müəyyənləşdirilir.
Milli Məclisin sədri qanunvericilik islahatları ilə yanaşı, Azərbaycan parlamentinin texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə etməsindən danışıb, qanunvericilik orqanının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müasir texnoloji imkanlardan, rəqəmsal texnologiyalardan geniş istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
O, xüsusilə vurğulayıb ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib













