Tofiq Rəsulov: "Şəbəkə sənətində əsas sifarişlər xaricdən gəlir"
Şəki şəbəkə sənətində gəlirlilik turist axınından və sifarişlərin həcmindən birbaşa asılıdır, ənənəvi sənət nümunələrinin hazırlanmasında istifadə olunan şüşələrin əsasən xaricdən idxal edilməsi isə istehsal xərclərini artırır.
Bunu "Report"a açıqlamasında Şəkinin məşhur şəbəkə ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tofiq Rəsulov deyib.
Ustanın sözlərinə görə, son illərdə gənclərin bu sənətə marağı azalıb. Bunun əsas səbəblərindən biri şəbəkə işinin böyük əmək, səbir və vaxt tələb etməsidir.
"10 il əvvəl tələbat daha çox idi. İndi isə uşaqlar, gənclər başqa sahələrə yönəlmək istəyirlər. Çünki şəbəkə sənəti çox çətin, zəhmət və böyük səbir tələb edən bir yoldur. Şəbəkə nə qədər xırda olsa, bir o qədər çox vaxt aparır. Məsələn, elə iş var ki, 1 kvadratmetri 2-3 aya başa gəlir. Ən incə şəbəkə növündə isə 1 m²-də təxminən 14 000 xırda hissə olur. Biz bərpa zamanı hətta pinsetlə işləmişik, çünki əllə toxunmaq mümkün deyildi. Belə incə işin 1 kvadratmetrinin hazırlanması 6-8 ay vaxt aparır. Buradakı hər bir detal millimetrlik dəqiqlik tələb edir", - deyə T. Rəsulov qeyd edib.
Onun sözlərinə görə, hazırladıqları şəbəkə nümunələri Fransa, Vatikan və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə nümayiş etdirilir. Emalatxanada xarici turistlər üçün ustad dərsləri də təşkil olunur.
"Fransa, İngiltərə, Amerika, İsrail və Rusiyadan gələn turistlər prosesdə şəxsən iştirak edir, öz əlləri ilə hazırladıqları kiçik şəbəkə suvenirlərini xatirə olaraq öz ölkələrinə aparırlar", - usta bildirib.
O əlavə edib ki, şəbəkə sənətinə ən çox Avropa ölkələrindən gələn turistlər maraq göstərirlər. Bununla yanaşı, ABŞ, İsrail və Rusiya vətəndaşları arasında da bu sənətə maraq var.
T.Rəsulovun fikrincə, Şəki şəbəkəsinin əsas xüsusiyyətlərindən biri onun Azərbaycana xas ənənəvi hazırlanma üsuludur. Bu sənət həm turistlər, həm də xarici sifarişçilər üçün maraq doğurur.
Usta bildirib ki, şəbəkə istehsalında istifadə olunan şüşələr əsasən xaricdən gətirilir. Rusiyadan idxal olunan şüşələr qiymət baxımından daha sərfəli hesab edilir. Çin şüşələrindən də istifadə olunsa da, onun sözlərinə görə, bu material şəffaflıq və görünüş baxımından arzuolunan keyfiyyəti vermir. Belarus şüşələri də istehsalda istifadə edilə bilir, ABŞ istehsalı olan şüşələr isə daha bahalıdır.
O vurğulayıb ki, sənətkarların illik gəliri turistlərin sayından, satışların həcmindən və sifarişlərin intensivliyindən asılıdır: "Sifarişlər həm Azərbaycan daxilindən, həm də xarici ölkələrdən daxil olur, lakin xarici sifarişlər üstünlük təşkil edir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib













