Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi
Gəncə Şəhər İcra Hakimiyyətində vəzifəli şəxs istefa verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və ərazi-təşkilat məsələləri şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abuzər Zeynalov tutduğu vəzifədən azad edilib.
Onun öz xahişi ilə vəzifəsindən ayrıldığı bildirilir.
Qeyd edək ki, Abuzər Zeynalov Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecinin keçmiş rəhbəri Fəxrəddin Zeynalovun oğludur.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, eləcə də iki əməkdaşı - Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Barələrində məhkəməyədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb













