"Enterprise Azerbaijan"ın tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının tərəfdaşlarının investisiya portfeli 3 milyard ABŞ dollarını ötüb.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, portalın həyata keçirdiyi "Startup School 4: Beş Qitə – 500 Startap" qlobal innovasiya proqramı beynəlxalq investisiya ekosisteminin aparıcı iştirakçılarını Azərbaycan startapları ilə bir araya gətirir. Proqramın tərəfdaşları arasında ABŞ, Malta, Finlandiya, Qətər, Çin, Pakistan və Azərbaycandan olan vençur fondları, investisiya qurumları və innovasiya təşkilatları, o cümlədən ABŞ-dan "Synapses Ventures", Maltadan "Deep Tech Foundry", Finlandiyadan "The Brutally Honest Ecosystem", Qətərdən "LICORNE GULF", Pakistandan "Khyber Pakhtunkhwa Board of Investment and Trade", Çindən "Silk Road High-Tech Industrial Park Association" (SRHPA), eləcə də Azərbaycandan "Caucasus Ventures" və "SABAH.HUB" var.
"Enterprise Azerbaijan" "Startup School 4: Beş Qitə – 500 Startap" qlobal innovasiya proqramı vasitəsilə yerli startaplarla beynəlxalq investisiya ekosistemi arasında əlaqələrin inkişaf etdirilməsini, perspektivli layihələrin maliyyə və strateji tərəfdaşlıq imkanlarına çıxışının genişləndirilməsini təşviq edir. Proqramın "Demo Day" tədbiri oktyabrın 31-də Bakıda (SABAH.city) keçiriləcək.
Oxşar xəbərlər
"Enterprise Azerbaijan" portalının "Startup School 4" proqramına seçilən layihələr açıqlanıb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vüsal Qasımlı: "Dövlət proqramları artıq nəticəyə görə idarə olunur" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













