Beynəlxalq nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib
Far.Az xəbər saytı

Beynəlxalq nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkədə səfərdə olan beynəlxalq idman təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

"Far.Az" xəbər verir ki, bu barədə AMPK-nın mətbuat xidməti məlumat yayıb.

Qurum rəhbərliyinin müşayiəti ilə baş tutan ziyarət zamanı qonaqlara İçərişəhərin zəngin tarixi, memarlıq irsi və Azərbaycanın milli-mədəni dəyərləri haqqında məlumat verilib.

Səfər çərçivəsində nümayəndələr qədim küçələr və tarixi memarlıq abidələri ilə yaxından tanış olaraq paytaxtın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.

Oxşar xəbərlər

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər