İSB son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib
İcbari Sığorta Bürosu (İSB) son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib.
"Report" xəbər verir ki, bunu İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, büronun kompensasiya fondunun əsas məqsədi qanunvericilikdə nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir: "Məsələn, naməlum və ya oğurlanmış nəqliyyat vasitələrinin iştirakı ilə baş verən, yaxud icbari sığortası olmayan sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin sağlamlığına və ya həyatına zərər dəydikdə, müvafiq kompensasiya ödənişləri büro tərəfindən həyata keçirilir. Son 5 ildə bu istiqamətdə 5 milyon manatdan çox kompensasiya ödənişi edilib. Bu mexanizm sığorta təminatının olmadığı müəyyən hallarda belə, zərərçəkmiş şəxslərin hüquqlarının qorunmasına xidmət edir".
X.Camalova qeyd edib ki, büronun 2025–2027-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində bir sıra rəqəmsal layihələr həyata keçirilib və sığorta xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yeniliklər tətbiq olunub: "Sərhəd sığortasının rəsmiləşdirilməsi üçün elektron platforma istifadəyə verilib, müstəqil ekspertlərin xidmətlərindən elektron formada istifadə imkanı yaradılıb. Sığorta hadisələrinin şəffaf razılıq əsasında tənzimlənməsi təmin edilib. Həmçinin dövlət məlumatlarının büronun üzvü olmayan sığortaçılar tərəfindən əldə edilməsi imkanı yaradılıb. Büro Beynəlxalq Sığorta Büroları Şurasının daxili reqlamentinə uyğun olaraq təmsil olunmaq hüququ əldə edib".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













