Almaniya biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq
İqlim fəaliyyətini planlaşdırmasında sıx əməkdaşlıq lazımdır.
"Far.Az" xəbər verir ki, bunu Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Federal Naziri Seffi Lemke COP29 çərçivəsində təşkil olunmuş "Təbiət-müsbət gələcəyə nail olmaq üçün İqlim Fəaliyyəti və Biomüxtəlifliyin Qorunması və Paris Sazişinin Məqsədlərinə uyğunlaşdırılması" mövzusunda Qlobal Liderlər Dəyirmi Masasında bildirib.
Onun sözlərinə görə, gələn ildən Almaniya iqlimin maliyyələşdirilməsi öhdəliklərinin bir hissəsi olaraq biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq.
"Avropa Yenidənqurma və İnkişaf Bankı ilə təbiətə əsaslanan həllərdə özəl sektor investisiyaları üçün maliyyələşdirmə pəncərəsi üzərində işləyirik. Bu məsələdə Almaniyanın Ətraf Mühit Nazirliyi 8 milyon avro yardım edəcək. Biz təbiətə uyğun sərmayələr üçün maliyyə stimulları yaradırıq. İqlim fəaliyyəti və biomüxtəlifliyin qorunmasını əlaqələndirmək üçün aydın qərarlara ehtiyacımız var", - deyə qonaq qeyd edib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
COP29-un yüksək səviyyəli görüşü: Nazirlər iqlim böhranı ilə mübarizədə birgə səylər göstərməyə çağırıb
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













