Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət sazişi üzrə razılığın əldə olunmasına çox yaxın olduqlarını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp Ayova ştatında jurnalistlərin suallarını cavablandırarkən Kanada Baş naziri Mark Karni ilə görüşü barədə danışıb.
"Kanada ilə çox yaxşı bir saziş konsepsiyamız var. Uzun müddətdir, 70-75 ildir ki, Kanada ilə ticarətdə pul itiririk. İndi razılaşmaya çox yaxınıq", - deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, mümkün saziş çərçivəsində amerikalı fermerlərə tarif tətbiq olunmayacaq, Kanada isə "Keystone XL" neft kəmərinin tikintisini həyata keçirəcək. Tramp razılaşmanın Kanada üçün də müsbət nəticələr verəcəyini vurğulayıb.
Qeyd edək ki, Kanada Baş naziri Mark Karni daha əvvəl Tramp ilə iki ölkə arasında ticarətin gələcəyinə dair yaxşı görüş keçirdiklərini bildirmişdi.
Oxşar xəbərlər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib













