Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Far.Az xəbər saytı

Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var


Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər