Dallasda atışmalar nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb
Far.Az xəbər saytı

Dallasda atışmalar nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb


ABŞ-nin Texas ştatının Dallas şəhərində baş verən silahlı insidentlər nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Dallas polis rəisinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, şənbə günündən bazara keçən gecə şəhərin rayonlarından birində üç ayrı atışma hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanları insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.

Polis rəisinin sözlərinə görə, xəsarət alanların sayı arta bilər. Belə ki, hadisədən sonra bir neçə nəfər müstəqil şəkildə yerli xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Məktəbin ilk günündən FOTOLAR
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Bakıda WUF13-ün ikinci günündən FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər