Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Far.Az xəbər saytı

Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktına hazırlıqla bağlı məlumatı araşdırarkən bir yeniyetməni saxlayıb.

Far.Az xəbər verir ki, TASS-ın məlumatına görə, şübhəli ilə bağlı məlumat onun "TikTok"da paylaşdığı videodan əldə edilib. Yeniyetmənin paytaxtdakı "Saritsıno" muzey-qoruğunda terror aktı planlaşdırdığı ehtimal olunur.

Məlumata əsasən, yeniyetmə "Telegram"da neonasist məzmunlu kanala abunə olub və kütləvi qətllərlə bağlı məlumatlar axtarıb. O, sosial şəbəkədə taktiki geyimdə, eynək və qulaqlıqla çəkilmiş fotolarını, həmçinin silahabənzər əşya ilə görüntülərini paylaşıb. Muzey-qoruğunda çəkdirdiyi fotolardan birini isə "Mən bir yer tapdım" qeydi ilə yayımlayıb.

FTX-nin məlumatına görə, yeniyetmənin evində videoda görünən əşyalar aşkarlanıb.

Qeyd edək ki, oktyabrın 31-də FTX ABŞ tərəfinin Moskvada terror aktına hazırlıqla bağlı məlumat verdiyini açıqlamışdı. Bundan sonra "Saritsıno" muzey-qoruğunun ərazisinə giriş müvəqqəti məhdudlaşdırılmışdı.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
BDU tələbələrinin fotolarını montajlayıb paylaşmaqda davam edirlər
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər