Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən saat 02:30 radələrində, yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Mehdi Mirzəyevin idarə etdiyi MAN markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.
YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur













