Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiq edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı Ümumi Yığıncağın qərarını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyətinin iclasında səsə qoyularaq qəbul edilən üzvlükdən çıxarılma barədə qərar Akademiyanın Ümumi Yığıncağı tərəfindən qəbul olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













