Fransada həftə sonu etirazlar zamanı 1,4 min nəfər həbs edilib
Fransada həftə sonu baş verən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları 1 435 nəfəri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin daxili işlər naziri Loran Nunyesin bəyanatına istinadən məlumat yayıb.
100-dən çox adam bıçaq, metal kürələr, pirotexnika və s. kimi əşyaları saxladığına görə tutulub.
O, həmçinin bildirib ki, 267 polis və jandarm əməkdaşı yaralanıb, etirazçılar arasında isə 150 nəfər xəsarət alıb.
Nunyes qeyd edib ki, davam edən etirazlar fonunda yaxın vaxtlarda ölkənin müxtəlif şəhərlərində komendant saatı qüvvədə qalacaq.
Hakimiyyətin məlumatına görə, yaşayış xərclərinin artmasına qarşı etirazlarda 400 mindən çox adam iştirak edib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və su toplarından istifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Masazırda əl qumbaraları və mərmilər aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
-
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
-
"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib













