Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib
Far.Az xəbər saytı

Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib


NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib. Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib. Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib. Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlimin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifkatlaşdırılmasıdır.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər