Roman Abramoviç Bakıya gəlib
Far.Az xəbər saytı

Roman Abramoviç Bakıya gəlib


Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəli olduğu ehtimal edilir.

Milyarder festival çərçivəsində keçirilən tədbirlərdə iştirak edərkən görüntülənib.

Bu, Abramoviçin festival günlərində Bakıya ilk səfəri deyil. O, ötən il də "Baku International Art Festival "çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.

Qeyd edək ki, "Baku International Art Festival" (BIAF) 2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək keçirilir.

Festival proqramı çərçivəsində oktyabrın 30-da "Nizami" Kino Mərkəzində Uilyam Kentricin filmi təqdim olunub. Həmin gün festival orkestri dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Dmitri Şostakoviçin Onuncu simfoniyasını ifa edib. Tədbirdə, həmçinin Fikrət Əmirov və Elmira Nəzirovanın əsərləri səsləndirilib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İkinci Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı məlum olub
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
BIAF-2025 - Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər