"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb


"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.

"Far.Az"un məlumatına görə, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın "Piast" komandasına qarşı keçirib.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu qrupu 3 xalla başa vurub.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

Oxşar xəbərlər

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Rəcəb Fərəczadə: "Araz-Naxçıvan" üçün qrupda ən uyğun rəqib "Uypeşt"dir"
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər