Elnur Soltanov: "Azərbaycan enerji sektorunda bazar şərtləri ilə rəqabət aparır"
Far.Az xəbər saytı

Elnur Soltanov: "Azərbaycan enerji sektorunda bazar şərtləri ilə rəqabət aparır"


Azərbaycan bir çox sahədə artıq "yaşıl enerji" ilə qalıq enerjisi arasında bazar şərtləri çərçivəsində rəqabət apara bilir.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, amma bu, hər zaman mümkün olmur: "Məsələn, 2 qiqavatlıq qoyuluş gücündə olan enerji ölkəyə təqribən 2 milyard ABŞ dolları yatırımın gəlməsi deməkdir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycana ilk gələn şirkətdir. Əslində, ən böyük strateji ortağımızdır və demək olar ki, 2028-ci ilə qədər planlaşdırılan 1 giqavatdan çox qoyuluş gücü məhz "Masdar" şirkətinin üzərinə düşəcək. Lakin 2 milyard ABŞ dolları yatırım qarşılığında Azərbaycan dövləti öz şəbəkəsini gücləndirmək üçün bunun beşdə biri qədər vəsait xərcləməlidir".

E. Soltanov bildirib ki, şəbəkələr bərpa olunan enerjini asanlıqla qəbul edə bilmir: "Çünki şəbəkədə batareya sistemləri qurmalıdır və bərpa olunan enerji idarə olunan deyil. İdarə olunmamaq elektrik enerjisi kimi "kaprizli" bir əmtəəni incidir, çünki elektrik enerjisində balans mütləq şəkildə qorunmalıdır. İstehlak və istehsal bir-birinə bərabər olmalıdır. Balans pozulduğu anda isə "blackout" - bütün sistemin çökməsi baş verə bilər".

Nazir müavini deyib ki, bunun qarşısını almaq üçün isə dövlət yatırım qoymalıdır: "Burada dövlət-özəl tərəfdaşlığı ortaya çıxır. Amma sırf bərpa olunan enerji yatırımlarının miqdarına baxmaq kifayət deyil. Dövlətin kifayət qədər böyük enerji, güc, vaxt və vəsait xərcləməsi çox vacibdir".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər