Vəcihə Harris: Bakı forumunda dünya üçün aktual və faydalı mövzulara toxunulur
Bakıda keçirilən forumda dünya üçün aktual və faydalı mövzulara toxunulur.
"Report" xəbər verir ki, bunu Rumıniyada fəaliyyət göstərən məşhur xeyriyyəçi, diplomatik müşavir və "Şəhrizad" Fondunun (Scheherazade Foundation) təsisçisi və prezidenti Vəcihə Harris Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr qadınların vəziyyətini xeyli çətinləşdirir:
"Dünya üzrə qadınların vəziyyətinə diqqətin artırılmasına ehtiyac var. Məsələn, mən Ukraynada müharibə zamanı qadınların tramvaylar idarə etdiklərini görmüşdüm. Bu hal müharibələrin qadınların işini, onların həyat tərzini necə çətinləşdirdiyinin bariz nümunəsidir. Çünki məsələ sadəcə, tramvay idarə etmək deyil, həmin qadınlar yoldaşlarına və uşaqlarına da qayğı göstərirlər. Bəzilərinin ərləri müharibədə yaralanıb, qadınlar isə həm işləmək, həm də onlara baxmaq məcburiyyətində qalıblar".
Harris əlavə edib ki, Bakıda təşkil olunan forumda dünya üçün aktual və faydalı mövzulara toxunulur: "Foruma marağın ildən-ilə artmasının səbəbi də məhz budur".
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













