Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq
Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.
"Nisbətən qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına cavab verən müasir qanunvericilik bazası formalaşdırıb. Ölkəmiz BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki hüquqi və cinayət məsuliyyəti haqqında konvensiyalarını ratifikasiya edib. Bundan əlavə, Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır", - o bildirib.
K.Əliyev qeyd edib ki, qəti siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin əsas amillərindən biridir: "Azərbaycanda Prezident İlham Əliyevin kompleks profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş qəti siyasi iradəsi korrupsiyaya qarşı səmərəli mübarizəni təmin etməyə imkan verib".
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?












