Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA
"Pensiya kapitalından istifadə hüququ vətəndaşlara verilməlidir. Hesab edirəm ki, ciddi xəstəliklə üzləşən və ya ilk dəfə mənzil alan şəxslərə pensiya kapitalının müəyyən hissəsindən məqsədli şəkildə istifadə etmək imkanı yaradılmalıdır".
Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, bu, insanların çətin vəziyyətdən çıxmasına, mənzil əldə etməsinə və sosial rifahının yaxşılaşmasına dəstək ola bilər:
"Digər tərəfdən, pensiya kapitalından yalnız birbaşa istifadə deyil, alternativ yararlanma mexanizmləri də nəzərdən keçirilməlidir. Məsələn, vətəndaşların vəsaitlərinin müəyyən hissəsinin ipoteka və mənzil maliyyələşdirilməsi mexanizmlərinə yönəldilməsi, bunun müqabilində onlara gəlir ödənilməsi mümkün ola bilər. Beləliklə, insanlar həm öz kapitallarını idarə etmək, həm əlavə gəlir əldə etmək, həm də gələcək pensiya təminatlarını gücləndirmək imkanı qazana bilərlər. Pensiya kapitalının miras kimi ötürülməsi məsələsi də bu baxımdan müzakirə olunmalıdır.
Təbii ki, bu təkliflərin reallaşdırılması dövlət üçün ciddi maliyyə öhdəlikləri yarada bilər. Vətəndaşların kütləvi şəkildə pensiya kapitalını geri götürmək istəyi pensiya sisteminin maliyyə dayanıqlılığına təsir göstərə bilər. Buna görə də hər hansı qərardan əvvəl ətraflı maliyyə-iqtisadi hesablamalar aparılmalı, dövlətin maliyyə imkanlarını və gələcək pensiya ödənişlərini riskə atmayan mexanizmlər hazırlanmalıdır".
AQC sədri hesab edr ki, pensiya kapitalından istifadə imkanları genişləndirilərkən vətəndaşlara bunun gələcək pensiya təminatına təsiri barədə ətraflı məlumat verilməlidir:
"Təklifim ondan ibarətdir ki, pensiya kapitalından məqsədli və məhdud istifadə imkanları yaradılsın. Vətəndaş zəruri hallarda, məsələn, ciddi xəstəlik zamanı və ya ilk mənzilini alarkən kapitalının müəyyən hissəsindən yararlana bilsin. Eyni zamanda, bu imkanlardan istifadə üçün aydın şərtlər, limitlər və nəzarət mexanizmləri müəyyənləşdirilsin.
Əsas məqsəd pensiya kapitalının birdəfəlik xərclənməsi deyil, vətəndaşın zəruri hallarda öz yığımından yararlanması və eyni zamanda pensiya yaşında maddi təminatını itirməməsidir. Düzgün tənzimlənən, məqsədli istifadəni nəzərdə tutan və maliyyə riskləri hesablanmış mexanizm həm vətəndaşların sosial rifahına, həm də dövlətin uzunmüddətli maraqlarına xidmət edə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













