Kukla teatrın əməkdaşı direktorunun şikayəti üzrə təqsirləndirilən şəxs olub
Far.Az xəbər saytı

Kukla teatrın əməkdaşı direktorunun şikayəti üzrə təqsirləndirilən şəxs olub


Dövlət Kukla Teatrının direktoru Əhməd-Zadə Rəşad Rüfət oğlu Kukla Teatrının əməkdaşı Əkbərova Aynurə Zaməddin qızı barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.

"Report" xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.

Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əhməd-Zadə Rəşad Rüfət oğlu barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər