Moratinos: Hər şeyi öz gözlərimlə gördüm, Qarabağda mədəni abidələr dağıdılmışdı
Münaqişələr zamanı abidələr və ibadət yerləri toxunulmaz olmalıdır.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada deyib.
M.A.Moratinos bildirib ki, işğaldan azad olunmuş ərazilərə 2021-ci ildə baş tutan səfəri zamanı dağıntılarla yaxından tanış olub və beynəlxalq mediada çıxışı zamanı da bu barədə danışıb.
O, Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirdiyini vurğulayaraq Azərbaycan hökumətinə bu sahədəki fəaliyyətinə görə təşəkkür edib.
"Müharibədən sonra mən hər şeyi öz gözlərimlə gördüm. Qarabağda mədəni abidələr dağıdılmışdı, hətta torpaqlar yandırılmışdı, məhv edilmişdi. Bütün bunları açıq şəkildə açıqlamalarımda da danışmışam. Çünki insanların ibadət yerlərinin, mədəni irsinin dağıdılması yolverilməzdir".
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













