SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər
Far.Az xəbər saytı

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə iki terrorçu dəstəyə qarşı əməliyyat keçirib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı kəşfiyyat tədbirlərinin davamında Saravan və İranşəhr bölgələrində iki dəstə müəyyən edilib və üzvləri həbs olunublar.

"Həbs edilən dəstələr İranşəhr və Saravanda bir neçə terror əməliyyatı həyata keçirməyi planlaşdırırdı, lakin kəşfiyyat orqanlarının qabaqlayıcı tədbiri nəticəsində uğursuzluğa düçar olublar", - məlumatda bildirilib.

Qeyd olunub ki, SEPAH Quru Qoşunlarının Qüds Qərargahı xarici qüvvələrin muzdlu qruplaşmalarına qarşı bundan sonra da əməliyyatlar keçirəcək.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər