Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması istiqamətində bir sıra layihələr nəzərdə tutulub. Bu layihələr yalnız şəhərin abadlaşdırılmasına deyil, həm də sakinlərin asudə vaxtının səmərəli təşkili, avtomobil sıxlığının azaldılması və ətraf mühitin qorunmasına xidmət edir".
Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, Yasamal rayonunda, vaxtilə "Sovetski" kimi tanınan ərazidə Mərkəzi Parkın genişləndirilməsi bu istiqamətdə həyata keçirilən əsas layihələrdən biridir:
"Mirzağa Əliyev, Talstoy və Süleyman Tağızadə küçələri, eləcə də Təzəpir məscidinin aşağı hissəsi ətrafında aparılan söküntü və yenidənqurma işləri də həmin ərazidə park sahələrinin genişləndirilməsi məqsədi daşıyır. Bundan başqa, Mirzağa Əliyev küçəsində yeni parkın salınması da Baş Plan çərçivəsində nəzərdə tutulan layihələr sırasındadır.
Bununla yanaşı, Nizami və Səbail rayonlarında köhnə yataqxanaların yerləşdiyi ərazilərdə də müvafiq yenidənqurma işlərinin aparılması planlaşdırılır. Ümumilikdə, söküntü işlərinin həyata keçirildiyi 12 rayonun hər birində yaşıllıq sahələrinin artırılması və parkların yaradılması ilə bağlı layihələr mövcuddur. Bu layihələr arasında Mərkəzi Parkın genişləndirilməsi və "Yaşıl tunel" layihəsi xüsusilə genişmiqyaslı təşəbbüslər kimi diqqət çəkir".
AQC sədri əlavə edib ki, "Yaşıl tunel" layihəsi əsasən Xətai rayonunu əhatə edir:
"Layihə çərçivəsində "Sevgililər" parkının genişləndirilməsi və yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur. 28 May küçəsindən "The Ritz-Carlton" hotelinə qədər uzanan ərazidə 10 hektarlıq parkın salınması planlaşdırılır.
Parkın ərazisində süni göllərin, uşaq və idman meydançalarının, tennis kortlarının, amfiteatrın və velosiped yollarının yaradılması nəzərdə tutulur. Həmçinin, burada yeraltı avtomobil dayanacağının inşası planlaşdırılır. Bu, şəhərin mərkəzi hissəsində avtomobillərin yaratdığı yükün azaldılmasına və nəqliyyatın daha səmərəli təşkilinə kömək edə bilər.
Paytaxtın yaşıl şəbəkəsinin genişləndirilməsi yalnız mərkəzi ərazilərlə məhdudlaşmır. Baş Plan çərçivəsində Böyükşor, Xocəsən, Zığ və Bülbülə göllərinin ətrafında geniş yaşıllıq və istirahət zonalarının yaradılması da nəzərdə tutulur. Dənizkənarı bulvarın Bibiheybət istiqamətində genişləndirilməsi, eləcə də Binəqədi və Balaxanı yollarının yaxınlığında və həmin nəqliyyat dəhlizləri boyunca yaşıllıq sahələrinin artırılması planlaşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













