Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb
Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulub.
"Far.Az" xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Bakı kollektivinin heyətində hesabı 31-ci dəqiqədə Musa Quel açıb. Ev sahibləri məğlubiyyətdən 71-ci dəqiqədə xilas ola biliblər. Ronaldo Vaskes yerli publikanı ayağa qaldırmaqla yekun hesabı müəyyənləşdirib.
"Sumqayıt" 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Şəfa" isə 4 xalla onbirincidir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun əvvəlki matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan klubları yay fasiləsində: "İmişli" lider, son çempion "Sabah" autsayderdir - ARAŞDIRMA
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













