Qaşim Maqomedov: "Hər zaman yarışlara qızıl medal qazanmaq məqsədi ilə qatılıram"
Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvü Qaşim Maqomedov (63 kq) hər yarışa qızıl medal qazanmaq üçün çıxır.
Bunu "Report"a açıqlamasında 27 yaşlı idmançı özü bildirib.
O, Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində qızıl medala sahib çıxması barədə danışıb:
"Yarışla bağlı təəssüratlarım olduqca xoş və müsbətdir. Çünki evə əliboş qayıtmadım, əksinə, ən yüksək əyarlı medal qazandım. Təbii ki, bu, çox sevindiricidir. Müəyyən mənada belə nəticə gözləyirdim. Mən yarışa qızıl medal qazanmaq üçün getmişdim. Ümumiyyətlə, hər zaman yarışlara bu məqsədlə qatılıram. Həmişə qızıl medal qazanmaq üçün mübarizə aparıram. Bunun üçün məşq edir, çox çalışır və məşqlərə maksimum vaxt ayırıram. Özümü hər zaman ən yüksək nəticə üçün kökləyirəm".
Olimpiya mükafatçısı qazandığı medalların sayını xatırlamadığını söyləyib:
"Açığı, qazandığım medalların sayını, onların neçəsinin qızıl, gümüş və ya bürünc olduğunu heç vaxt hesablamıram. Mən yarışlara sanki bayrama gedirmiş kimi qatılıram. Yarış prosesinin özündən, mübarizə ruhundan zövq alıram. Buna görə də belə yarışlara qatıldığım üçün sevinirəm".
Qeyd edək ki, Azərbaycan taekvondoçularından Qaşim Maqomedovla yanaşı Minayə Əkbərova (46 kq) bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













