Cəlilabadda 6 kəndin işığı kəsilib
Far.Az xəbər saytı

Cəlilabadda 6 kəndin işığı kəsilib


Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.

Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər