Nazir: "Ələt Azad İqtisadi Zonasının infrastrukturuna 736 milyon manat investisiya yönəldiləcək"
Ələt Azad İqtisadi Zonasının infrastrukturunun yaradılması məqsədilə 736 milyon manat həcmində investisiya qoyulması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi çərçivəsində bildirib.
Nazirin sözlərinə görə, azad iqtisadi zonaya maliyyə resurslarının yönəldilməsi, gələcəkdə daha böyük həcmdə vəsaitin ayrılması, həmçinin həmin zonadan dividend gəlirinin əldə edilməsini birmənalı qaydada dəstəklənir. Onun fikrincə, azad iqtisadi zonalar, xüsusən Ələt Azad İqtisadi Zonası olduqca böyük inkişaf perspektivinə sahibdir: "Sənaye zonaları da bu günədək müsbət nəticələr nümayiş etdirib. Bununla yanaşı, gələcək dövr üçün ən yüksək investisiya potensialı olan istiqamətin məhz Ələt Azad İqtisadi Zonası olduğu qənaətindəyik.
2026–2030-cu illəri əhatə edən iqtisadi tədbirlər proqramında Ələt Azad İqtisadi Zonasında infrastruktur işlərinin həyata keçirilməsi üçün beş illik müddət ərzində 736 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu göstəricilər dövlət investisiya proqramının tərkib hissəsi kimi formalaşdırılacağından, hazırda dövlət büdcəsi layihəsində öz əksini tapmayıb".
S. Babayev əlavə edib ki, razılaşdırılmış tədbirlər planına uyğun olaraq, 2030-cu ilədək yalnız investisiya məsrəfləri üzrə 736 milyon manat ayrılması nəzərdə tutulur. Bundan başqa, zonanın fəaliyyətinin təmin edilməsi və digər xərc maddələri üçün də ayrıca maliyyə vəsaiti planlaşdırılacaq, nazir bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













