Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Far.Az xəbər saytı

Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib


Peruda "El-Nino" iqlim fenomeninin səbəb ola biləcəyi güclü yağışlar və daşqın təhlükəsi ilə əlaqədar ölkə ərazisinin təxminən 70 faizində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Far.Az xəbər verir ki, "El Peruano" qəzetinin hökumət qərarına istinadən yaydığı məlumata görə, rejim ölkənin 1 890 bələdiyyəsindən 1 380-də qüvvəyə minib.

Qərarın məqsədi təbii fəlakətin mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin daha operativ həyata keçirilməsidir.

Qeyd edək ki, "El-Ninyo" fenomeninin təsiri nəticəsində Argentinada da güclü yağışlar və daşqınlar baş verib. Təbii fəlakət azı iki nəfərin ölümünə səbəb olub, bir neçə min insan isə təxliyə edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər