Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb.
Yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır.
Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər.
Açılış mərasimində çıxış edən Bir ekosisteminin rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk filialın Gəncədə fəaliyyət göstərməsinin təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan olsun.
Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss etsinlər".
Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.
Yeni konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, Kapital Bank 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













