Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənmiş 30 milyard dolları "cüzi məbləğ" adlandıraraq, Vaşinqtonun Venesueladan daha çox vəsait əldə etdiyini bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə Amerika lideri "Fox News" telekanalının efirində danışıb.
"Mən İranla müharibəyə xərclənən 30 milyard dollar barədə danışan çox axmaq bir konqresmenə qulaq asırdım. Bu cüzi məbləğdir, çünki biz Venesuelada dəfələrlə çox qazanmışıq", - Tramp deyib.
ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton Tehranla münaqişədə güc mövqeyindədir.
Bununla yanaşı, Tramp tərəflərin saziş bağlamaq üçün "çox yaxşı şanslarının" olduğunu qeyd edərək, diplomatik nizamlamanın mümkünlüyünə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













