Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA
Autizm spektr pozuntusu olan orta və yaşlı insanlarda parkinsonizmə daha çox rast gəlindiyi müəyyən edilib. ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırmaya əsasən, bu şəxslərdə parkinsonizm autizmi olmayan insanlarla müqayisədə təxminən 2,4 dəfə çox qeydə alınır.
Far.Az xəbər verir ki, tədqiqatın nəticələri "Autism" elmi jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 2017–2019-cu illərdə Medicaid və Medicare proqramları vasitəsilə tibbi xidmət alan 45 yaşdan yuxarı şəxslərin məlumatları təhlil edilib. Ümumilikdə, təxminən 57 milyon insanın tibbi məlumatları araşdırmaya daxil edilib.
Nəticələr göstərib ki, autizmli şəxslərin 3,83 faizində parkinsonizm qeydə alınıb. Autizmi olmayan iştirakçılarda isə bu göstərici 1,57 faiz təşkil edib.
Əqli inkişaf pozuntusu olan şəxslər arasında parkinsonizmin yayılma göstəricisi 4,32 faiz, həm autizm, həm də əqli inkişaf pozuntusu olanlarda isə 4,86 faiz olub.
Tədqiqatçılar nəticələrin müəyyən dərmanların təsiri ilə əlaqəli olub-olmadığını da araşdırıblar. Belə ki, hərəkət pozuntularına səbəb ola bilən antipsixotik preparatlardan istifadə edən şəxslər təhlildən çıxarılıb. Buna baxmayaraq, autizmli insanlarda parkinsonizmin daha yüksək göstəricisi müşahidə olunub.
Alimlərin ehtimalına görə, bu əlaqə beynin dopamin sistemindəki dəyişikliklər də daxil olmaqla, bəzi ortaq bioloji xüsusiyyətlərlə bağlı ola bilər. Bununla belə, əlaqənin dəqiq mexanizmləri hələ müəyyən edilməyib.
Mütəxəssislər əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Bu tədqiqatlar autizmli insanlarda uşaqlıqdan mövcud olan hərəkət xüsusiyyətləri ilə sonradan yaranan yeni motor pozuntularını bir-birindən fərqləndirməyə kömək edə bilər.
Qeyd edək ki, parkinsonizm hərəkət sistemində yaranan bir sıra pozuntuları əhatə edir. Onun əsas əlamətləri ətraflarda titrəmə, əzələ sərtliyi və hərəkətlərin ləngiməsidir. Bu vəziyyət yalnız Parkinson xəstəliyinə xas deyil, digər xəstəliklər və hallarla da əlaqəli ola bilər.
Oxşar xəbərlər
Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













