Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
Far.Az xəbər saytı

Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"


"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerindədir. Bir qədər qulağı zəif eşidir, amma görməsi, gəzməsi və digər sağlamlıq göstəriciləri qaydasındadır. İçki içmir, siqaret çəkmir.

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Zaqatala rayonunda itkin düşdüyü bildirilən Xəlil Mustafa oğlu Mustafayevin kürəkəni Namer Talıbov deyib.

"Zaqatala şəhərinin Füzuli küçəsində yaşayırıq. Qayınatam mebel ustasıdır, əvvəllər mebel sexində işləyib. Bizdə Qala deyilən yer var, orada keçmişdə mebel fabriki olub, uzun müddət orada işləyib. İndi təqaüdçü adamdır, heç yerdə işləmir. Evdən çıxanda əlində əsası olub, başında kepka, əynində də boz kostyum.

Polisə də itən günün axşamı xəbər vermişik, onlar da axtarırlar, biz də axtarırıq, 20 gündür artıq, amma tapılmır.

Axırıncı dəfə avarların yaşadığı Tebeloba kəndinə girişi kameraya düşüb, amma çıxışı yoxdur. Həmin kənddən keçəndə "Boz dağı" deyilən bir yerdə axırıncı dəfə görüblər. Ondan sonra heç bir xəbər ala bilmirik. Özü qızı ilə qalırdı. Dörd uşağı vardı, oğlu rəhmətə gedib, üç qızı qalıb", - deyə N.Talıbov bildirib.

Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları:

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər