İrakli Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa inteqrasiyası yolunu ləyaqətlə davam etdirmək istədiyini bildirib və Avropa bürokratiyasını suverenlik, demokratiya və qanunun aliliyi prinsiplərinə qarşı çıxmaqda ittiham edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin sözlərinə görə, Gürcüstan bütün məsələlər üzrə Avropa tərəfi ilə dialoqa başlamağa hazırdır.
O bildirib ki, Gürcüstan cəmiyyəti Avropaya inteqrasiyanı dəstəkləməklə yanaşı, hakim "Gürcü Arzusu" Partiyasına da dəstək verir.
Kobaxidze xatırladıb ki, 2024-cü il parlament seçkilərində "Gürcü Arzusu" 1,1 milyondan çox səs toplayıb. Onun fikrincə, bu nəticə hakim partiyanın xarici siyasət kursuna və Avropaya inteqrasiya istiqamətində atdığı addımlara ictimai dəstəyin göstəricisidir.
Baş nazir qeyd edib ki, 2024-cü ildə keçirilən parlament seçkilərində partiyanın əsas mesajlarından biri Avropaya ləyaqətlə inteqrasiya olub: "Biz yalnız Avropaya inteqrasiya yolumuzu ləyaqətlə davam etdirmək istəyirik. Ləyaqət, digər məsələlərlə yanaşı, konkret dəyərləri və prinsipləri - suverenliyi, demokratiyanı və qanunun aliliyini əhatə edir. Təəssüf ki, Avropa bürokratiyasının bu prinsiplərə qarşı çıxdığını görürük".
Kobaxidze Avropanın Gürcüstanın məhkəmə sistemi ilə bağlı siyasi bəyanatlarını müstəqil ədalət mühakiməsinə müdaxilə, zorakılıq əməllərində ittiham olunan şəxslərin azadlığa buraxılması ilə bağlı tələblərini isə qanunun aliliyinə hücum kimi qiymətləndirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti müzakirələr üçün heç bir mövzunu qapalı hesab etmir. O, dialoqun açıq keçirilməsinin və ictimaiyyətin tərəflər arasında müzakirələrin məzmunu barədə dolğun məlumat əldə etməsinin vacibliyini vurğulayıb: "Biz bütün məsələlər üzrə açıq müzakirələrə hazırıq, lakin müzakirələr ictimaiyyət qarşısında keçirilməlidir. İctimaiyyət Gürcüstan hökuməti ilə Avropa bürokratiyası arasında dialoqun məzmununu dəqiq bilməlidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













