Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib


Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

"Far.Az" Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir ki, bu müzakirələr Fondun İcraçı direktoru İsrafil Məmmədovun İndoneziyanın İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi "Danantara", eləcə də ölkənin digər investisiya qurumlarının nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti, regionun aparıcı investisiya institutları ilə qurduğu tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı imkanlar da nəzərdən keçirilib.

Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılmış Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Platforma tərəflər arasında artıq formalaşmış institusional əməkdaşlığın konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək artım potensialına malik bazarlarında özəl kapital investisiyaları və uzunmüddətli tərəfdaşlıq imkanları üçün əlavə imkanlar yaradır.

Görüşdə, həmçinin infrastruktur, texnologiya və rəqəmsal iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər institusional dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər