"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nüvə silahı daşıya bilən "Vanguard" tipli dörd sualtı qayığından üçü dənizə buraxılıb.
"Far.Az" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bunun beş ildən artıq müddətdə ilk belə hal olduğu qeyd edilib. Qaydalara əsasən, "Vanguard" tipli sualtı qayıqlardan biri daim dənizdə döyüş növbətçiliyində olur. Nəşrin məlumatına görə, digər iki sualtı qayıq, ehtimal ki, təlimlərə və gələcək patrul əməliyyatlarına hazırlığa cəlb edilib.
Nəşr qeyd edib ki, döyüş tapşırıqlarını yerinə yetirə bilən üç sualtı qayığın olması Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə heyətlərin patrulda olma müddətini azaltmağa imkan verir. Əvvəllər Britaniya mediası döyüş növbətçiliyində olan sualtı qayığın göyərtəsində altı aya qədər vaxt keçirməli olan ölkə hərbçilərinin həddindən artıq yüklənməsi barədə yazmışdı. Belə vəziyyət digər sualtı qayıqların dənizə çıxmağa hazır olmaması və ya təmirdə olması səbəbindən yaranır.
Britaniyanın sualtı donanmasının tərkibinə "Vanguard" sinifli dörd atom sualtı qayığı daxildir: "HMS Vanguard", "Vengeance", "Victorious" və "Vigilant". Onların hamısı 1990-cı illərdə inşa edilib və "Trident II" (D5) ballistik raketləri ilə təchiz olunub. 2021-ci ildə dərc edilmiş Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət sahəsində kompleks icmalına əsasən, 2030-cu illərin əvvəllərində bu sualtı qayıqların tədricən yeni "Dreadnought" sinifli sualtı qayıqlarla əvəzlənməsinə başlanılacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













