Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ
Far.Az xəbər saytı

Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ


Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Far.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda transformator məntəqəsində aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirəkəşkül", "Çaylı" və "Cəngi" yarımstansiyaları, eləcə də "Pirəkəşkül" yarımstansiyasından qidalanan bir sıra 6 kV-luq hava xətləri gərginliksiz qalacaq. Nəticədə Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bildirilib ki, təmir işləri elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, enerji itkilərinin minimuma endirilməsi və artan yük tələbatının qarşılanması məqsədi daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər